Zakir Həsənov Əfqanıstan səfiri ilə görüşdü

media-hightechnic-468x90

2bcf20a0d2569f8823c77ff643e3001fMüdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlilini qəbul edib.

Yenicag/az apa-ya istinadən xəbər verir ki, Zakir Həsənov Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Səfir M.Xəlili öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600