Zakir Həsənov Gürcüstanda generallarla görüşəcək

media-hightechnic-468x90

Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

Yenicag.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa