Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra nazir burada yaradılan şəraitlə tanış olub.
Z. Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.
www.yenicag.az