Zakir Həsənov Qırğızıstana yollanıb

media-hightechnic-468x90

zakirQırğızıstanda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.

Sonra Qırğızıstanın Müdafiə naziri cənab Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600