Zakir Həsənov Türkiyəyə gedir

media-hightechnic-468x90

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Zakir Həsənov Türkiyəyə gedir

media-hightechnic-468x90

67686Azərbaycan müdafiə naziri Türkiyə Respublikasına yola düşüb.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın dəvətilə Türkiyəyə yola düşüb.

Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

Qeyd edək ki, Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05