Zakir Qaralov sakinləri qəbul edəcək
Baş prokuror Zakir Qaralov cari il oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. (qafqazinfo.az)