Zaqatalada it bir gündə yeddi nəfərə xəsarət yetirdi

media-hightechnic-468x90

Zaqatalada eyni it bir gündə yeddi nəfərə xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala şəhərinin bazarı yaxınlığında baş verib. Yeddi nəfərə xəsarət yetirən it sakinlər tərəfindən öldürülüb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Zaqatala şəhər sakinləri olan – 1970-ci il təvəllüdlü Aydın Məmməd oğlu Didirov, 1966-cı il təvəllüdlü Mohma Məmməd oğlu Tamahov, 1954-cü il təvəllüdlü Zəkəriyyə Kərimov, 1966-cı il təvəllüdlü Gülüstan Yusif qızı İsmayılova və daha üç nəfərə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar./APA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600