Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb

media-hightechnic-468x90

Zaqatalada ağır yol qəzası baş verib.

Yenicag.Az-ın APA-ya istinadən vrdiyi məlumatına görə, hadisə Yevlax- Zaqatala – Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.

“VAZ-2106″ markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600