“Deyirlər el gözünə ərə get, bir uşağın olar, sonra sonra da boşanarsan”.
Yenicag.az xəbər verir ki, bu sözləri gənc aktrisa Zarina Qurbanova efirdə deyib.
Aktrisa saxta evliliklərin günü-gündən artdığını və gənclərin bədbəxt olduğunu bildirib:
“33 yaşım var, amma hələ ailə qurmamışam. Ətrafımdakılar mənə deyir ki, el gözünə ərə get, bir uşağın olar, sonra sonra da boşanarsan.
Vacibdirmi uşağım atasız böyüsün? Nədir-nədir, sən gələcəkdə tək qalmayasan deyə, hamı səni ailəli bilsin deyə yalandan el gözünə ailə qurmalısan. Mənə görə bu, eqoistlikdir. Bizim cəmiyyət çox yanlış yöndədir. Günahkar kimdir?
Bir gənc olaraq düşünürəm ki, günahkar elə ilk növbədə bizim valideynlərimizdir. Gənclər bədbəxt ola-ola gedirlər”.
Nehru
www.yenicag.az