Zaur qanunsuz dərmanları reklam edir

media-hightechnic-468x90

81819ATV telekanalında efirə gedən “Mənim yarımdan soruş” verilişində narazılığa səbəb olan nüans meydana çıxıb.
Aparıcı Zaur Baxşəliyev verilişin reklamalara ayrılan hissəsində cinsi potensiyanı artıran dərman pereparatını reklam edir. Aparıcı tamaşaçıları əmin etməyə çalışır ki, bu, “əla vasitədir”.

Maraqlıdır, bu dərman preparatının reklamına icazəni kim verib?

Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlama verib. O, bildirib ki, nazirlik ATV-də efirə çıxan “Məni yarımdan soruş” verilişində pereparatın reklamına icazə verməyib. Və ümumiyyətlə, buna görə veriliş rəhbərliyi icazə almaq üçün nazirliyə müraciət etməyib.

“Səhiyyə Nazirliyinin razılığı olmadan hansısa dərman pereparatının reklamı qeyri-qanunidir. Həmçinin, mütləq bilinməlidir ki, reklam olunan məhsul dərman vasitəsidir, yoxsa qida əlavəsi. Sözügedən pereparatın reklamı isə bizim tərəfimizdən qeyri-qanuni sayılır”. (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600