Zavoddakı partlayışa görə 3 günlük matəm elan edildi

media-hightechnic-468x90

Rusiyanın “Nijnekamskneftexim” zavodunda baş vermiş hadisə ilə əlaqədar Nijnekamsk şəhərində 3 günlük matəm elan edilib.

media-banner_tkm

Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev öz “Telegram” kanalında məlumat yayıb.

Matəmlə əlaqədar olaraq şəhərdə keçirilməsi planlaşdırılan bütün əyləncəli və kütləvi tədbirlər təxirə salınıb. Müəssisə binalarında dövlət bayraqları endirilib.

Xatırladaq ki, ötən gün “Nijnekamskneftexim” zavodunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 72 nəfər isə xəsarət alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05