Ukrayna Almaniyadan “Patriot” sistemi aldı

media-hightechnic-468x90

Ukrayna Almaniyadan “Patriot” zenit-raket sistemləri alıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında bildirib.

“Biz Ukraynanın hava hücumundan müdafiə sistemində “Patriot” komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Mertsə təşəkkür. Biz vaxtilə bu hava hücumundan müdafiənin gücləndirilməsini hazırlamışdıq və indi əldə edilən razılaşmalar yerinə yetirilib”, – deyə o yazıb.

Ukrayna lideri çatdırılan sistemlərin miqdarını açıqlamayıb.

Zelenski əlavə edib ki, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün gələcək birgə addımlar barədə danışıqlar həm hökumət səviyyəsində, həm də birbaşa sistem istehsalçıları ilə davam edir./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa