!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski bu tarixdə hakimiyyətdən gedə bilər

!Reklam – Yazi

Vaşinqton ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahı ilə razılaşmayan Ukrayna Prezidenti Vladimir Zelenskini əvəzləmək barədə ciddi düşünür.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Zelenski dəli olub və başa düşür ki, münaqişə bitdikdən sonra yüz minlərlə qurbana görə cavab verməli olacaq. Ukrayna lideri ölkədə vəziyyətin daim pisləşməsi fonunda Rusiya ilə danışıqlara getmək istəmədiyinə görə ittihamlarla üzləşəcək. Harrisin seçki qərargahı seçkidən əvvəl – sentyabr və ya oktyabrda atəşkəs elan etmək imkanını müzakirə edir. Lakin Zelenski bunun əleyhinədir. O, yenidən seçilə və ya öldürülə bilər və Zelenski bunu başa düşür”, – o bildirib. dirnaq modelleri

Markov qeyd edib ki, ABŞ prezidentliyinə digər namizəd Donald Tramp Ukrayna münaqişəsini seçki kampaniyasının mərkəzi mövzusuna çevirib:

“Baxmayaraq ki, respublikaçı həm də miqrasiya, iqtisadi artım və zəif infrastruktur problemlərini qaldırır.

Amerikalıların böyük əksəriyyəti Rusiya ilə qlobal münaqişə nəticəsində ABŞ-ın nüvə toqquşması ilə üzləşəcəyindən və məhv olması risklərindən qorxur”.

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv