Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreyanı Ukraynaya silah tədarükü etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna lideri Cənubi Koreya parlamentində çıxışı zamanı deyib.
“Bizə hava hücumundan müdafiə sistemləri lazımdır, bizə təyyarələr, tanklar, digər zirehli maşınlar, artilleriya sistemləri və sursat lazımdır. Sizdə isə bizim üçün əvəzolunmaz ola biləcək hər şey var.
Xalqın tam zəbt edilməsinə yönəlmiş müharibədə sağ qalmağa gəldikdə isə, prinsipial cavablar verməliyik. Silahların tədarükü ilə bağlı adi qaydalara yenidən baxmaq və tez bir zamanda hərəkət etmək lazımdır.
Ukraynaya lazımi silahların verilməsi təkcə xalqımızın həyatını xilas etmək deyil, həm də digər dövlətləri və digər regionları Rusiya təcavüzünün daha da böyüməsindən xilas etmək deməkdir…”, – Zelenski bildirib. /Unikal/
www.yenicag.az