Ukrayna prezidentliyinə namizəd şoumen Vladimir Zelenski maraqlı açıqlamalarla yadda qalıb.
Yenicag.az xəbər verir ki, o, jurnalistlərlə görüşündə prezident seçkiləri, Donbasdakı vəziyyət və Rusiyayla bağlı bir çox məsələlərə toxunub.
Jurnalistlərdən birinin “Putinə münasibətiniz necədir” sualına Zelenski “O, mənim düşmənimdir” – deyə cavab verib.
Bundan əlavə, prezidentliyə namizəd Donbasa xüsusi statusun verilməsinə razı olmayacaqlarını və öz ərazi bütövlüklərini qorumaq üçün Rusiyayla “informasiya müharibəsi” aparacaqlarını qeyd edib.
Zelenski prezident seçiləcəyi təqdirdə Donetsk və Luqansk respublikalarının döyüşçüləri barədə də əfv fərmanı imzalamayacağını bildirib.
www.yenicag.az