Zelenski: “Rusiya atəşkəsə maraq göstərmir”

media-hightechnic-468x90

“Ukrayna Rusiya ilə münaqişənin dondurulmasına qarşıdır”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski WSJ-nin CEO Council Summit-ində (Rəhbərlər Məclisi görüşündə) nitqində bildirib.

Müharibədəki atəşkəs ehtimalına toxunan dövlət başçısı deyib: “Bu, Rusiya ordusunun hazırda olduğu yerdə qalması demək deyil. Bu, münaqişənin dondurulmasıdır, biz buna getməyəcəyik”.

Ukrayna liderinin qənaətinə görə, Rusiya tərəfi atəşkəsə maraq göstərmir: “Prezident Putinlə görüşümüz olarsa, bəlkə şəxsən razılığa gələ bilərik. O, atəşkəslə bağlı öhdəlik götürməlidir, həm də ictimaiyyət qarşısında, o zaman biz buna inanarıq. Əvvəlcə müharibəni dayandırmaq üçün uyğun addımlar atılmalıdır, diplomatiya sonra işə düşər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600