Zelenski: Rusiya ilə toqquşma xəttində xarici qoşunların yerləşdirilməsini dəstəkləyir

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski öz ölkəsində bilavasitə Rusiya ilə toqquşma xəttində xarici qoşunların yerləşdirilməsini dəstəkləyir.

media-banner_tkm

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, Zelenski bunu CNN-ə müsahibəsində bəyan edib.

“Xarici qoşunların toqquşma xəttində yerləşdirilməsi Rusiya üçün yeni müharibəyə başlamağı çox təhlükəli edərdi. Onlar dəstək qüvvələrindən, bazalardan və beynəlxalq nümayəndələrdən qorxurlar”, – Zelenski vurğulayıb.

Ukrayna dövlətinin başçısı hesab edir ki, ABŞ Prezidenti Donald Tramp, Çin sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və digər nüfuzlu dünya liderləri Rusiya Prezidenti Vladimir Putinə bu müharibəni dayandırmalı olduğunu deməlidirlər.

“Mən heç kimi tərəf seçməyə məcbur etmirəm. Lakin əgər biz müharibəni bitirmək istəyiriksə, Putinə haqlı olmadığını deməliyik. Mən kompromis üzərində qurulmuş dialoqların təsirli olduğuna əmin deyiləm”, – o izah edib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05