Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini dedi
“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.
“Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük”, – Zelenski bildirib.
Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib./Apa/













