Zelenskidən qərar: Yeni səfərbərlik təxirə salındı

media-hightechnic-468x90

“Ukraynada yeni səfərbərlik dalğası Ukrayna Silahlı Qüvvələrində audit aparılana qədər təxirə salınacaq”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu işlə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məşğul olacaq.
“Xeyr, baş komandan yoxlama (audit) aparmayana qədər biz bu barədə (səfərbərliyin mümkün genişləndirilməsi – red.) danışmırıq”, – deyə V.Zelenski qeyd edib.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski ölkədə hərbi vəziyyətin müddətini 2024-cü il mayın 13-dək uzadıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600