!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin ABŞ səfəri Harrisə baha başa gəldi: Araşdırma başladıldı

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-nin Pensilvaniya ştatında silah zavoduna baş çəkməsi ölkədə geniş rezonans doğurub.

Yenicag.az “New York Post”a istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfəri ilə bağlı araşdırmaya başlayıb.

Araşdırmanın məğzi isə Zelenskinin səfərində ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləmək motivlərinin olmasıdır.

Belə ki, sözügedən səfərin xərclərinin vergi ödəyicilərinin vəsaitləri hesabına qarşılandığı iddia olunur.

Qeyd edək ki, əcnəbi liderdən seçki kampaniyasında istifadə etmək vəzifə səlahiyyətlərindən sui-istifadədir.

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv