“Zelenskinin hakimiyyəti müharibəyə bağlıdır” – Qərblə Kiyevin ortaq DÜŞÜNCƏSİ

media-hightechnic-468x90

“Avropa İttifaqına Ukraynadan bu gün hansısa pay düşsə, sabah onlar Zelenskini sülh müqaviləsini bağlamağa məcbur edərlər”.

Bu sözləri Rusiya Ukrayna müharibəsinin gedişi, gözləntilər və sülhün əldə olunmamasının səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, Zelenski və onun yeni havadarları müharibənin davam etməsi üçün hər şey edir:

“Müharibənin uzanmasına səbəblər ondan ibarətdir ki, nə Ukrayna prezidenti Zelenski, nə də onun yeni havadarları – Avropa İttifaqında olan böyük dövlətlər müharibəni bitirmək istəmirlər. Zelenski ona görə müharibəni bitirmək istəmir ki, bilir hakimiyyətinin sonu olacaq. Zelenskinn hakimiyyəti müharibəyə bağlıdır. Zelenski hər şey edir ki, bu müharibə davam etsin. Dronlarla Rusiya strateji bombardmançı təyyarələrinə vurulan zərbələr də həmin bu planın bir hissəsidir”.

Onun sözlərinə görə, digər tərəfdən, Avropa İttifaqının müharibəni uzatmaqda məqsədi ondan ibarətdir ki, guya Rusiya Avropaya hücum edəcək. İndiki şərtlərdə sülh müqaviləsi bağlansa, Avropa İttifaqı Ukraynadan heç nə əldə edə bilməyəcək:

“O zaman Avropadakı əhalidə sual yaranacaq ki, bizim vergilərdən yığılan pulları hansı məqsədlərlə Ukraynada havaya sovurdunuz? Avropa İttifaqına Ukraynadan bu gün hansısa pay düşsə, sabah onlar Zelenskini sülh müqaviləsini bağlamağa məcbur edərlər. ABŞ öz maraqlarını təmin edib. ABŞ hazırda maraqlıdır ki, sülh müqaviləsi bağlansın Almaniya “Taurus” raketlərini Ukraynaya verəcəyini bəyan edəndən sonra Rusiya açıq-aydın dedi ki, o raketləri istehsal edən müəssisəyə zərbə endirmək legitim sayıla bilər. Prinsip cəhətdən Ukrayna bu müharibəyə girəndə çoxları bilirdi ki, Rusiya uduza bilməz. Düşünürəm ki, Tramp çalışacaq, sülh müqaviləsi imzalansın. Gec-tez Ukraynadakı müharibə bitməlidir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600