!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zelenskinin kimin adamı olduğu hələ bəlli deyil” – Andrey Sençenko

!Reklam – Yazi

“Bu adam heç yerdə görünmür və ölkənin problemlərini necə həll edəcəyi haqda danışmır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada aprelin 21-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində yaranmış vəziyyəti dəyərləndirən ölkənin keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun hərbi kabinetinin rəhbəri Andrey Sençenko deyib.

Sençenkonun sözlərinə görə, prezident seçkilərinin gözlənilməz favoritinə çevrilmiş Vladimir Zelenskinin ölkənin problemlərinə baxışları hələ də naməlumdur:
“Dünyada artistlərin, hətta siz deyən kimi, komiklərin prezident seçilməsinə dair xeyli nümunə var. Prinsipcə, mən bunun əleyhinə deyiləm və peşə fəaliyyətinə görə ayrı-seçkiliyin əleyhinəyəm. Ancaq bizim reallıqda acınacaqlı hal ondan ibarətdir ki, insanlar məzmuna deyil, formaya əsasən seçim edirlər. Bu isə mühüm çağırışlarla üzləşən bizim ölkə üçün çox böyük problemdir.

Hazırda Vladimir Zelenskinin kim olduğu və ya kimin adamı olduğunu söyləmək çətindir. Onun istər Rusiyayönümlü, istərsə də Amerikayönümlü olması mümkündür. Heç kəs hələ başa düşmür ki, o, kimdir, nədir.

Çünki bu adam heç yerdə görünmür və ölkənin problemlərini necə həll edəcəyi, Ukraynanın hansı siyasi kursla gedəcəyi, ölkənin qarşısındakı problemlərin həllində hansı mexanizmə əsaslanacağı haqda heç nə demir. Zelenskiyə səs verənlər də onu başa düşmürlər və bunun özü də başqa bir fəlakətdir.

Sözsüz ki, ölkənin siyasi həyatı üçün parlament seçkiləri də mühüm hadisə olacaq və o seçkilərə ümidlər böyükdür. Artıq vurğuladığım kimi, yeni parlamentin ilk işi prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması olmalıdır. Növbəti mərhələdə isə artıq parlament idarə-üsuluna keçid təmin edilməlidir. Xarici təhlükələri ancaq bu yolla aradan qaldıra bilərik”.

Yarina Lazko

www.yenicag.az

2877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv