Zəngəzur DƏHLİZİ: Avropa niyə "Qlobal qapı" ilə Cənubi Qafqaza gəlir?

media-hightechnic-468x90

“Aİ-nin Zəngəzur dəhlizində iştirakı təkcə nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazda sülhün və yeni iqtisadi nizamın qurulması istiqamətində strateji addım kimi qiymətləndirilə bilər.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

media-img_1241

Politoloq Avropa İttifaqının Zəngəzur dəhlizində iştirak ehtimalını geniş şərh edib:

“Cənubi Qafqazda post-münaqişə dövrünün əsas gündəliyi sülhün möhkəmləndirilməsi, regionun yeni nəqliyyat-logistika xəritəsinin müəyyənləşdirilməsi və tərəflər arasında iqtisadi inteqrasiyanın təmin edilməsidir. Bu kontekstdə Zəngəzur dəhlizi təkcə regional layihə deyil, həm də Avropa  Asiya əlaqələrinin yenidən formalaşmasında mühüm strateji həlqəyə çevrilir. Avropa İttifaqının dəhlizdə iştirakı həm region, həm də Brüssel üçün çoxşaxəli imkanlar yaradır. Aİ bunu özünün Qlobal Qapı strategiyasına uyğun bir təşəbbüs kimi qiymətləndirir: bu strategiya Avropanı Çin Mərkəzi Asiya Qafqaz xətti ilə birləşdirən təhlükəsiz, çevik və rəqabətqabiliyyətli marşrutların formalaşdırılmasını hədəfləyir. Zəngəzur dəhlizi bu baxımdan “Orta Dəhliz”in mühüm tərkib hissəsi olaraq Avropanın nəqliyyat və enerji diversifikasiyasına töhfə verə bilər.

Azərbaycan üçün isə layihə həm siyasi, həm iqtisadi, həm də geostrateji qazanc deməkdir. Zəngəzur xətti İrəvanı “dalan ölkədən” tranzit ölkəyə çevirərək regionun iqtisadi xəritəsini yenidən qurur və Bakı üçün yeni əməkdaşlıq formatları açır. Azərbaycanın məqsədi Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik, eyni zamanda inteqrasiya olunmuş iqtisadi əməkdaşlıq modelinin təşviqidir. Avropa İttifaqının prosesə qoşulması bu məqsədlərə beynəlxalq dəstək, investor cəlbi və etibarlı tərəfdaşlıq mühiti formalaşdırır.”

Politoloq Aİ-nin dəhlizdə iştirakının tərəflər üçün mümkün nəticələrindən söz açıb:

“Prezidentin köməkçisi Hikmət Hacıyev bu günlərdə Brüsseldə çıxışı zamanı Azərbaycanın Aİ-ni yeni nəqliyyat konfiqurasiyasının fəal tərəfi kimi görmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, Bakı Zəngəzur dəhlizini regionda sülhün praktik alətinə çevirmək niyyətindədir. Bu yanaşma həm Avropa, həm də Cənubi Qafqaz üçün “qazan-qazan” modeli yaradır: Avropa üçün təhlükəsiz tranzit və iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycan üçün isə regional liderlik, dayanıqlı sabitlik və inkişaf perspektivləri.

Beləliklə, Aİ-nin Zəngəzur dəhlizində iştirakı təkcə nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazda sülhün və yeni iqtisadi nizamın qurulması istiqamətində strateji addım kimi qiymətləndirilə bilər.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa