Zəngəzur dəhlizinin “siyasi kodu”: Nəzarət Ankaraya VERİLİR?
“Zəngəzur dəhlizi də açılacaq və dəhlizə nəzarət də Türkiyəyə veriləcək”.
Bu sözləri Ermənistanda baş verən proseslər, çaxnaşma və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Paşinyan hökuməti Azərbaycanla sülhə hazırlaşır:
“Faktiki olaraq Ermənistanda baş verən hadisələr onu göstərir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsi bağlamağa ciddi hazırlaşır. Paşinyan katolikosla gərgin münasibətlərindən başqa, Ermənistanla qonşu dövlətlər arasında münasibətləri pisləşdirən daxildəki “beşinci kolon”la da açıq mübarizəyə qalxıb. Qarşıdurma 2026-cı ildə “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə başa çatacaq. Ətraf dövlətlər, məsələn, Rusiya və İran Ermənistandakı seçkilərə müdaxilə etməsələr, Paşinyanın rəhbərlik etdiyi partiya qələbə çalacaq və Azərbaycanla sülh müqaviləsinə daha yaxınlaşacaqlar.
Böyük ehtimalla, Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalanacaq. Ermənistanla Türkiyə arasında sərhəd keçid məntəqəsinin açılışından sonra Zəngəzur dəhlizi də açılacaq. Zəngəzur dəhlizinə nəzarət də Türkiyəyə veriləcək”.
Səxavət Məmməd