Zərdabi Mətbuat Mərkəzi yeni layihənin icrasına başlayıb

media-hightechnic-468x90

unnamed (25)“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Azərbaycan Repsublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsinin icrasına başlayıb.

2015-ci ilin aprel-iyul ayları ərzində gerçəkləşdiriləcək layihədən məqsəd Milli Qəhrəmanların örnək səciyyə daşıyan həyat və fəaliyyəti barədə qəzet, jurnal, informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin təşkilindən, medianın Milli Qəhrəmanların təbliği sahəsindəki faəliyyətinə dəstək olmaqdan, mediada və ictimaiyyət içərisində vətənpərvərlik təbliğatını gücləndirməkdən, mövcud prosesə əlavə stimul verməkdən ibarətdir.

Layihə çərçivəsində Lənkəran, İsmayıllı və Salyan rayonlarında «Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa»ların təşkili, sorğuların keçirilməsi nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600