Zəvvarların qaldığı oteldə yanğın baş verib

media-hightechnic-468x90

466e9ac7df5c144f8d5ec03b02ddaea4Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib.

Azərbaycanlı zəvvarlardan verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı ” Əli Musa” otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600