Zeynal Xəlilin 100 illiyi qeyd olunub

media-hightechnic-468x90

thumb_14105375955840148294_600x400_658 Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında şair, dramaturq, Əməkdar İncəsənət Xadimi Zeynal Xəlilin anadan olmasının 100 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, şair Sona Xəyal və başqaları Zeynal Xəlilin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Bildrilib ki, Zeynal Xəlil 1914-cü ildə Gəncədə anadan olub. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərində özünü büruzə verib. O,”Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və digər şeir kitablarının, “Ulduzlar” mənzum romanının müəllifidir. Cəmi 59 il ömür sürmüş şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır.

Vəfatından sonra Zeynal Xəlilin “Seçilmiş əsərləri” Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə əlaqədar “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından nəşr olunub.

Gecədə şairin sözlərinə bəstələnmiş “Ay işığında”, “Kimlər gəldi, kimlər getdi” və digər mahnılar ifa edilib. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600