Uzun illərdir TV-dən uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.
Yenicag.az xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.
Xalq artisti çəkilişdə musiqisi Ələkbər Tağıyevə məxsus “Sənsən” mahnısını ifa edib.
Qeyd edək ki, bir neçə gün öncə mediada Zeynəb Xanlarovanın Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, Xalq artisti dekabrın 28-də 86 yaşını qeyd edəcək.
www.yenicag.az