İngiltərənin “Çelsi” klubuna Zinəddin Zidan başçılıq edə bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.
Bildirilir ki, London təmsilçisi Mauritsio Sarrini istefaya göndərməyə hazırlaşır. Boş qalan posta isə “Real”ın sabiq çalışdırıcısı gətirilə bilər.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının sonuncu turunda “Mançester Siti”yə 0:6 hesabı ilə uduzub. Biabırçı məğlubiyyətdən sonra Sarrinin istefaya göndəriləcəyi gözlənilir.
www.yenicag.az