Zidan "Real"dan getdi - Şok qərar

media-hightechnic-468x90

İspaniyanın “Real” klubunda gözlənilməz istefa baş verib.

Yenicag.az-xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan istefa verib.

“Bu komandanın daha artıq uğur qazanması üçün dəyişikliyə ehtiyac var. Növbəti mövsümdə “Real”ın “sükanı arxası”nda olmayacam. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”, deyə Zidan açıqlamasında bildirib.

Qeyd edək ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.

Emin

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600