“Zirə”nin məşqçisi futboldan getdi

media-hightechnic-468x90

Eltun Yaqublunun “Zirə”nin köməkçi-məşqçi vəzifəsindən ayrılmasının səbəbi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Sportnet.az-ın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov uzun illər birlikdə çalışdığı Yaqublunun bu addımını sıradan gediş adlandırıb.

O bildirib ki, sabiq köməkçisi öz futbol fəaliyyətini dayandırmağı qərara alıb: “Biz də onun belə bir qərarını olduğu kimi qəbul etdik. Ən azı karyerasına bir aylıq fasilə verəcək. Uzun zamanlar sonra nələr olacağını deyə bilmərəm. Amma yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir”.

Qeyd edək ki, Eltun Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa