!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zukerberqin şəxsi məlumatları ələ keçirildi

!Reklam – Yazi

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqin şəxsi məlumatları ələ keçirilib.

Yenicag.az xəbər verir ki, onun telefon nömrəsi və bəzi məlumatları xüsusi haker platformasında paylaşılıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində 533 milyon istifadəçinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında dərc olunub. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 ölkəsini əhatə edir. Onların arasında Azərbaycandan olan istifadəçilər də var.

Belə ki, Azərbaycandan olan 99 472 istifadəçinin şəxsi məlumatları oğurlanıb. Eyni zamanda, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları ələ keçirilərək satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrələri, e-mail ünvanları və digər informasiyalar yer alır.

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv