İsveçrənin seçilmiş yüksək saat markası olan “Raymond Weil” Azərbaycanın xalq artisti xanım Zülfiyyə Xanbabayevanı və gənc istedadlı müğənni, “Eurovision 2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovu brendin 2024-cü il üzrə Azərbaycandakı Səfiri elan etdi.
“Raymond Weil2 Freelancer Lady kolleksiyanın ruhunu və xanımlığı mükəmməl təmsil edəcək Respublikamızın xalq artisti Zülfiyyə Xanbabayeva ilə tərəfdaşlığını elan etdi.
Brend İsveçrədə bütün kateqoriyalar üzrə qalib seçilmiş Millesime Kişi Saatları kolleksiyası üzrə isə gənc istedadlı müğənni Eldar Qasımovla tərəfdaşlığını elan etdi.
1 fevral 2024-cü il tarixində Raymond Weil brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan 2VMF Company” MMC-nin təşkilatçılığı ilə təşkil edilən tədbirdə xanım Zülfiyyə Xanbabayeva 2Raymond Weil” Freelancer Lady saat kolleksiyasının brilyant daşlarla işlənmiş xüsusi modeli üçün “Brendin Xanım Səfiri” nominasiyası ilə, müğənni Eldar Qasımov isə İsveçrədə bütün kateqoriyalar üzrə qalib seçilmiş Millesime Kişi Saatları kolleksiyası üçün “Brendin Bəy Səfiri” nominasiyası ilə təltif olundu.
“Raymond Weil” yarım əsrdən çoxdur öz adını mediada ən uğurlu musiqiçilərlə birgə işıqlandırır. İsveçrəli saatsaz Maison, Operaya olan sevgisindən ilhamlanaraq, mükəmməl musiqiyə olan bağlılığını bütün saatlarının dizaynında da əks etdirir. Bu gün dünyaca məşhur musiqiçilərlə əməkdaşlıq edən “Raymond Weil” musiqiyə olan ehtiramını və sevgisini bütün qlobal marketinq strategiyasında istifadə edərək bütün müstəvilərdə musiqini və musiqiçiləri dəstəkləyir.
“Raymond Weil” yarım əsrdən çoxdur ki, İsveçrəli saatsazın və onun ailəsinin adını daşıyaraq, saat modellərində bu ailənin köklü mədəniyyətini və musiqiyə olan sevgisini təcəssüm etdirir.
Müstəqil ailə şirkəti olaraq “Raymond Weil” kübar xanımlar və kişilər üçün təkrarolunmaz klassik və zərif saatların istehsalı ilə İsveçrə saat sənayesində xüsusi yer alır.
1976-cı ildə əsası qoyulan şirkət hal-hazırda markaya öz adını verən “Raymond Weil”in nəvəsi Elie Bernheim tərəfindən idarə edilir. Əsas mərkəzi Cenevrədə yerləşən şirkət ildən ilə inkişafını davam etdirərək bu gün İsveçrədə lider mövqeyə malik saat şirkətlərindəndir. Musiqi və incəsənətin dünya üçün əhəmiyyətini tükənməz ilham və yaradıcılıq mənbəyi kimi ifadə edən Raymond Weil bununla da öz markasının fərqli duruşunu və xarakterini formalaşdırır. Musiqi və sənət brendin fəaliyyətini stimullaşdırır və ikitərəfli əməkdaşlıqlarda sənətkarları, musiqiçiləri, nüfuzlu mükafat mərasimləri ilə beynəlxalq tərəfdaşlıqları ruhlandırır və gücləndirir.
50 ilə yaxındır ki, saatsazlıq təcrübəsinə malik olan İsveçrə brendi “Raymond Weil” əsrlər boyu İsveçrədə əldə edilmiş saatsazlıq bacarıqları və təcrübələrini ön plana çıxarır. Həssaslıq, keyfiyyət, etibarlılıq, zadəganlıq və yüksək texnologiyalı materiallar brendin fəlsəfəsinin ən önəmli standartlarıdır.
VMF
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli isveçrə, yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur.
Artıq 25 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətlər Qrupunun yaradılması Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim innovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev Azərbaycanda saat mədəniyyətinin təməlini qoyaraq yaratdığı VMF, bu gün dünya şöhrətli 22 saat markasını bir arada toplayaraq, 22 satış məntəqəsində təmsil olunur.
www.yenicag.az