Zümrüd Yağmur AXCP rəhbərliyinə: "Əlimdəki faktları yaysam, partiyanın süqutu olacaq"

media-hightechnic-468x90

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının zorakılığına məruz qalan həyat yoldaşı Zümrüd Yağmur AXCP-nin sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimin iddialarına cavab verib.

Yenicag.az-ın məlumatına görə, M.İbrahim F.Qəhrəmanlının ailəsində zorakılığın olmadığını, Z.Yağmur və onun qızlarına qarşı heç bir işgəncə verilmədiyini bildirib.

Məsələyə münasibət bildirən Zümrüd Yağmurun Məmməd İbrahimə səs yazısı ilə cavabı yayılıb.

Z.Yağmur əlində bu barədə konkret faktların olduğunu, həmin faktların yayılacağı təqdirdə AXCP-nin süqutu olacağını deyib:

“Selcanı əməlli-başlı linç elədilər. Deyirlər ki, Selcan yalan deyir, Sənayın dizi qırılmayıb. İndi mən zəng vurub Məmməd İbrahimə dedim ki, sən hardan bilirsən? Dedim mənim səbrimi, qəzəbimi daşırmayın. İndi götürüb Sənayın ayağının qırılma anlarını, gipsli şəkillərini, raporunu, əlimin qırılmasını, gipsli şəkillərimi paylaşsam, arxasında dura biləcəksiniz? Yəni bu qədər ədalətsizlik, yalan olmaz. İndi də mənim uşağımın yalançı olması haqqında emosional durum, psixoloji durum budur deyirlər. Yəni bu qədər kor-koranə təəssübkeşlik olmaz. Eləyirsiniz eləyin, mən buna susuram, amma uşaqlarımı əzdirməyin üzərindən yox”.

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600