Zurabişvili hakim partiyanın qanun layihəsini təxribat adlandırdı

media-hightechnic-468x90

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırıb.

Yenicag.az xəbər verir ki, Prezident “X” platformasındakı paylaşımında qanunun xalqın iradəsinə zidd olduğunu qeyd edib.

“Tbilisidə Rusiya qanunu əleyhinə genimiqyaslı etirazların ikinci gecəsidir. Rəsmilərin əhalinin iradəsinə zidd olaraq və tərəfdaşlara rəğmən bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribat – Rusiyanın destabilizasiya strategiyasıdır”, – deyə Prezident qeyd edib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa