Zurabişvili hələ də Gürcüstan Prezidenti olduğunu bəyan etdi

media-hightechnic-468x90

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili dövlət başçısı olaraq qaldığını bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili yeni ofisində keçirdiyi ilk brifinqində prezident olaraq qaldığını bəyan edib.

“Sizi Orbeliani sarayının davamı olan yeni ofisdə salamlamaq istəyirəm, bu, Orbeliani sarayı olmaya bilər, amma ruh buradadır və hazırda çox dərin böhran içərisində olan prezident vəzifəsi burada davam edir”, – Zurabişvili deyib.

Xatırladaq ki, dekabrın 29-da Gürcüstanın hazırkı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi olub və o, prezidentin iqamətgahı olan Orbeliani sarayında öz səlahiyyətlərinin icrasına başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600