11 min hektar meşə məhv oldu

media-hightechnic-468x90

6328167_7Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında davam edən yanğınlar artıq 11 min hektar meşəni məhv edib. Bundan əlavə, Adelaida rayonunda yamacda yerləşən 30-dan artıq ev də ötən gecə yanıb. Şəhərin ətrafındakı kiçik yaşayış məntəqələrində yaşayan minlərlə insan müvəqqəti sığınacaqlarda gecələməli olublar.

Hazırda alova qarşı 2 mindən çox yanğınsöndürən mübarizə aparır. Onlara 14 təyyarə və helikopterlər də yardım edir. Lakin küləyin sürətini və istiqamətini tez-tez dəyişməsi yanğını tam nəzarətə almağa imkan vermir. Yanğının qarşısını almaqda çətinlik yaradan digər səbəb isə havanın temperaturunun yüksək olmasıdır. Yanvarın 3-də Adelaidada havanın temperaturu müsbət 40 dərəcə olub, bu gün isə 31 dərəcə isti gözlənilir.

Xilasedicilərin verdiyi məlumata görə, budəfəki yanğınlar Cənubi Avstraliyada son 30 ilin ən güclü yanğınlarıdır.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600