13-cü dəfə burun əməliyyatı keçirdi

media-hightechnic-468x90

Türkiyəli ulduz Murat Dalkılıçın bitmək bilməyən burun əməliyyatları silsiləsi davam edir. İfaçı bu dəfə 13-cü dəfə cərrahi masaya uzanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, uzun müddətdir burun nahiyəsindəki ciddi sağlamlıq problemləri ilə mübarizə aparan Murat Dalkılıç növbəti dəfə əməliyyat olunub. Bu, ifaçının sayca 13-cü burun əməliyyatıdır.

Müğənni sosial media hesabından xəstəxanadan foto paylaşaraq izləyicilərinə müraciət edib:

“Allaha şükür, 13-cü əməliyyatım da uğurla başa çatdı. Həkimim dünən çox müsbət danışdı, ümidliyik. İnşallah, bu dəfə bu problemi birdəfəlik kökündən həll edəcəyik. Mesajlarınıza cavab verə bilmədiyim üçün məni bağışlayın, hələ yeni özümə gəlirəm”.

Dalkılıç hazırda xüsusi həkim nəzarətində olduğunu və bərpa prosesinin başladığını bildirib. O, həmçinin əməliyyatdan əvvəl qısa müddətli xəstəxanada saxlanıldığını, bu səbəbdən ictimaiyyətə dərhal məlumat verə bilmədiyini qeyd edib.

Müğənni bəzi media orqanlarında yayılan şayiələrə də son qoyaraq, test nəticələrinin mənfi olduğunu vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05