ABŞ-da həkimlər 13 yaşlı uşağın başından 15 sm uzunluqda şurup çıxardıblar.
Yenicag.az xəbər verir ki, Darius Forman adlı yeniyetmə qardaşları ilə birgə ağacda taxta ev düzəltmək istəyiblər. Bu zaman o, ağacdan yıxılıb. Daha sonra isə onun başına iri taxta parçası düşüb. Taxtada olan şurup Dariusun kəllə sümüyündən girərək, beyninə ilişib. Xəstəxanaya çatdırılan uşaq təcili əməliyyat masasına uzadılıb. Lakin əməliyyatı həyata keçirtmək heç də asan olmayıb. Bunun üçün həkimlər öncə taxtanın bir hissəsini kəsib, daha sonra isə kəllə sümüyünü dələrək, şurupu çıxardıblar.
Deyilənə görə, şurup bir millimetr daha dərinə keçsəydi, oğlan qanaxmadan ölə bilərdi. Beləliklə, həkimlərin çoxsaylı səyləri nəticə verib və VII sinif şagirdinin həyatını xilas etmək mümkün olub.
www.yenicag.az