16 yaşlı qızı maşın vurdu
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
“Fiat” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 2010-cu il təvəllüdlü R.Şükürovanı vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.













