17 marşrutun hərəkət sxemi dəyişdirilir

media-hightechnic-468x90

Bakıda  17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, buna məqsəd “Formula-1” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etdirməkdir.

“Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, – deyə deyə M.Ağayev əlavə edib.

Onun sözlərinə görə 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

Marşrut xəttləri dəyişdirilən avtobuslar bunlardır: 1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124.

 

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600