Porno saytlara giriş çətinləşdirilir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq porno saytlara daxil olmaq istəyən şəxs yetkinlik yaşına çatdığını sübut etmək məcburiyyətində qalacaq.
Artıq bununla bağlı İngiltərədə yeni kampaniyaya start verilib. Məsələ burasındadır ki, əvvəllər porno saytlardan istifadə edənlər bir tuşla “18 yaşınız varmı?” sualına cavab verməklə istəklərini reallaşdıra bilirdilər. Lakin zamanla bu metodun heç də uyğun bir variant olmadığı müəyyənləşib.
Belə ki, artıq istifadəçi həqiqətən də 18 yaşa çatıb-çatmadığını sübut etmək üçün bir sıra şəxsi məlumatlarını paylaşmaq məcburiyyətində qalacaq. Bunun üçün passport və kredit kartlarındakı məlumatların tələb olunacağı istisna deyil. Mütəxəssislər bu vasitə ilə azyaşlıların porno saytlara girişini əngəlləməyi düşünürlər.