1milyard manatlıq problem

media-hightechnic-468x90

k,lkmmlk“Lizinq şirkətləri istiqrazlar buraxırlar və investorlardan pul tələb edirlər ki, sonradan özləri lizinqi maliyyələşdirmələri üçün istifadə etsinlər”.  

Bunu  Vergilər Nazirliyinin lizinq təşkilatlarına göndərdiyi tövsiyə məktubunu şərh edən nəqliyyat məsələləri üzrə ekspert Seymur Yunusov bildirdi:  

“Ölkəmizdə bu məsələ ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bankların, sığorta şirkətlərinin hesabat verdiyi bir qurum var, amma lizinq şirkətləri vergi hesabatlarından başqa heç bir quruma hesabat vermir. Ekspertlər dəfələrlə bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsini tələb ediblər. Hazırda bizdə 66 lizinq şirkəti fəaliyyət göstərir və onlardan yalnız 10-u aktivdir. Bir də görürsən lizinq şirkətini yaradıb bir neçə əməliyyat edirlər və sonra bağlayırlar. Yaxud da lizinq şirkətləri istiqrazlar buraxır və investorlardan pul tələb edirlər ki, sonradan özləri lizinqi maliyyələşdirmələri üçün istifadə etsinlər. Təsəvvür edin, əgər lizinqdə problem yaranarsa, investorların istiqrazlara qoyduğu pullar batacaq. Bizim 90-cı illərdə yaşadığımız problem burda da yaşana bilər. Məhz avtomobil kredit bazarının sıxışdırılmasından lizinq şirkətləri istifadə etməyə çalışdılar”.  

Ekspert hesab edir ki, lizinqlə əldə edilən avtomobillər və digər texniki avadanlıqlar risk mənbəyidir:   “2002-2008-ci illərdə tikinti bumu var idi. Amma 2009-da gözlənilmədən bu biznes dayandı. Hətta bir lizinq şirkəti iflas həddinə çatdı. Çünki sifarişlər azaldı və lizinqə götürülmüş texnikalar geri qaytarıldı. Bu isə iflas deməkdir və maliyyə sahəsində ciddi problem yaradır”.  

Seymur Yunusov nazirliyin bu addımını alqışlayır və Vergilər Nazirliyinin qərarının bazara təsir etməyəcəyini hesab edir:  

“Ümumiyyətlə, lizinqin bazarda payı azdır. Ona görə də bazara təsir etməyəcək. Demək olar ki, lizinq heç vaxt krediti əvəz edə bilməyəcək. Avtomobil krediti şərtləri sərtləşdirildikdən sonra avtomobil satışı ilə məşğul olan şirkətlərə ciddi ziyan dəydi və lizinq onların gözləntilərini doğrultmadı. Qaldı lizinq bazarının tənzimlənməsinə, nazirliyin bu addımını doğru sayıram. Bank sektoruna inamın artırılması üçün bu olmalı idi”.  

1 milyard manatlıq problemli kredit

İqtisadçı ekspert Natiq Cəfərli isə Azərbaycanda həm kredit, həm də lizinqlə avtomobil satışında problemlərin olduğunu deyir.

Onun fikrincə Vergilər Nazirliyinin bu qərarı problemli kredit və lizinqlərin qarşısının alınması üçün hesablanıb: “Azərbaycanda kreditləşmə və lizinqlə bağlı məhdudiyyətlərin meydana çıxması ciddi problemlərin yaranmasına səbəb olub. Digər tərəfdən “Avro-4” standartlarının tətbiqi də bazara təsirsiz ötüşməyib. Hesab edirəm ki, 6 aylıq hesabatda bu barədə rəqəmləri də görəcəyik. Məncə Vergilər Nazirliyinin lizinq təşkilatlarına belə bir təklif etməsinin hüquqi əsasının olub-olmamasını hüquqşünaslar daha yaxşı bilər. Amma mən özlüyümdə hesab edirəm ki, Vergilər Nazirliyinin belə bir tələblə çıxış etməkdə haqqı yoxdur.

Onlar bunu bir məntiqlə izah edə bilər ki, lizinq biznes deməkdir və bu vaxta qədər əksər hallarda lizinqlə alınan maşınlar və texnika biznesin inkişafı üçün istifadə edilib. Nazirlik fiziki şəxsin VÖEN-lə lizinqə texnika götürməsini önün vergidən yayınmamağı kimi izah edə bilər, amma vətəndaşın minik avtomobili almasını bu yolla məhdudlaşdırmaq heç də doğru deyil. Nazirlik bununla geri qayıtmayan kreditlərin qarşısını almaq istəyir. Çünki rəqəmlər də vəziyyətin problemli həddə olmasını göstərir. Son rəqəmlər həmin kreditlərin məbləği 1 milyard manatı keçib”.

Natiq Cəfərlinin fikrincə problemli kreditlərin həll edilməsində ən uğurlu çıxış yolu bank və kredit bazarının inhisardan azad edilməsidir: “Azərbaycanda çox böyük kredit faizləri mövcuddur. Bu da onunla əlaqədardır ki, bazar həqiqətən də güclü inhisar altındadır. Böyük xarici bankların Azərbaycan bank bazarına girməsində hələ də problem var. Hazırda istehlak və avtomobil kreditlərində faizlər çox yüksəkdir. Hesab edirəm ki, hökumət bu faizlərin azaldılmasında, kredit şərtlərinin liberallaşdırılmasında addımlar atmalıdır. Məhz bu addımlar problemin aradan qaldırılmasına gətirib çıxara bilər”.

Xatırladaq ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən lizinq təşkilatlarına lizinq şərtlərinin dəyişdirilməsi ilə bağlı məktub göndərib. Məktubda bundan sonra avtomobillərin ancaq VÖEN-i olan fiziki şəxslərə verilməsi tövsiyə olunur(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600