2 milyardla ölkədən qaçan şəxs yaxalandı: "Thodex" qurucusu Türkiyəyə qaytarılacaq

media-hightechnic-468x90

2 milyard dollarla ölkədən qaçan kriptovalyuta birjası olan “Thodex”in qurucusu Fərrux Fateh Özər yaxalanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs Albaniyada yaxalanıb.

Albaniyanın daxili işlər naziri türkiyəli həmkarına zəng edərək Özərin yaxalandığı xəbərini verib.

Onun Türkiyəyə qaytarılması üçün proses başladılıb.

Qeyd edək ki, “Thodex” rəhbərinin ziyan vurduğu şəxlərin sayı 392 min nəfərdir.

Xatırladaq ki, Fərrux Fateh Özər 2021-ci il aprelin 20-si, yerli vaxtla saat 19:50-də ölkədən çıxıb. Özər “İnterpol” xəttilə axtarışa verilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600