2 sinifli məktəb-Qazaxda

media-hightechnic-468x90

89641Qazax rayonunun Abbasbəyli kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir. Sərhəd kəndi olan Abbasbəyli vaxtaşırı atəşə də məruz qalır. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, 1970-ci ildə tikilən bu ilkin təhsil ocağında cəmi iki sinif var. Burada vur-tut 11 şagird oxuyur.

Sinfin biri 1-ci və 3-cü, digəri 2-ci və 4-cü sinifdə oxuyanların ixtiyarına verilib. Onlar növbə ilə oxuyurlar.

Döşəmə və tavanı çürüyüb dağılan bu siniflərin yağışlı-yağmurlu havalardakı halını təsəvvür etmək çətin deyil…

Kənd sakinləri son illər ölkədə yeni məktəblərin tikildiyini, köhnə binaların təmir edildiyini deyir, amma bu kənd məktəbinin niyə yada düşmədiyinə təəccüblənirlər.

Məktəbin direktoru Günəş Əliyeva başqa bir çətinliyə diqqət çəkir:

“Məktəb əlverişsiz yerdədir deyə elə olur uşaqları tənəffüsə də buraxmırıq ki, birdən Ermənistandan atılan güllə ona dəyər. Eyni otaqda iki sinfin birlikdə dərs keçməsinə gəlincə isə bu, komplektləşdirilmiş bir sistemdir. Biz neçə illərdir belə keçirik dərsləri”.

Qazax Rayon Təhsil Şöbəsi məktəbin durumundan xəbərdardır. Şöbə müdiri Əhməd Dərgahquliyevin sözlərinə görə, Abbasbəyli ibtidai məktəbi 2015-ci ildə təmir olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600