20 minə qədər olan bank kreditləri silinir – Yunanıstanda

media-hightechnic-468x90

 

25810903Maliyyə sıxıntıları yaşayan Yunanıstan yeni və fərqli əməliyyata imza atacaq. Belə ki, Yunanıstan baş naziri Aleksis Çipras, banklara və dövlətə 20 min avroya qədər borcu olanların “çox kasıb olmaları” şərtiylə bütün borclarını siləcək.

Yenicag.az xəbər verir ki, yunan “Ethnos” qəzeti bu barədə yazıb. Qəzetin yazdığına görə, 35 min nəfərin yararlana biləcəyi bu sərəncamda maraqlı şərtlər yer alıb.

Belə ki, borcun silinməsini istəyən şəxsin çox kasıb olması, min avrodan çox pulunun, mal-dövlətinin və heç bir gəlirinin olmaması istənilir. Həmin şəxslər məhkəməyə müraciət etməklə, bu imkandan yararlana biləcəklər.

Borclara dövlətə olan vergi borcları, bələdiyyə xərcləri, kredit kartı da daxildir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600