20 yaşlı futbolçu güllələnib

media-hightechnic-468x90

53585“Anji” futbol klubunun oyunçusu Dağıstanda öldürülüb.

Naməlum şəxslər şəxslər bazar günü gecə yarısı futbolçunun getdiyi avtomobili atəşə tutublar.

Hadisə şahidləri insidentin Novo Kuli kəndinin yaxınlığında baş verdiyini deyirlər. Cinayətin təfərrüatları dəqiqləşdirilir.

“Anji”nin mətbuat xidməti oyunçunun ölümünü ТАСС-a təsdiqləyib. Atəş nəticəsində “Anji – 2” komandasının əsas oyunçusu Həsən Maqomedov həyatını itirib.

Maxaçqala klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, 20 yaşlı futbolçu bu gün torpağa tapşırılacaq. Dəfn mərasimi nahardan sonra baş tutacaq. Mərasimin bütün xərclərini klub öz üzərinə götürüb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600