2015-ci ildə neft neçəyə olacaq? – Ekspert rəyi

media-hightechnic-468x90

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioNatiq Cəfərli: “Neftin qiyməti gələn ilin I rübündə 40-50 dollar arasında olacaq”

Neftin qiyməti ucuzlaşmaqda davam edir. Artıq bir barrel neft 63 dollaradır. Proses belə davam edərsə, görəsən gələn il üçün neftin qiyməti 2008-2009-cu illərdə olduğu kimi, 35 dollara qədər düşə bilərmi?

Yenicag.az saytına açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, gələn ilin ilk rübündə “qara qızıl” 40-50 dollar arasında var-gəl edəcək: “Proqnozlara görə, gələn ilin birinci rübündə, yanvardan sonra neftin qiyməti 40-45 dollara qədər enməlidir. Bunun fundamental səbəbləri də var. İraq hökumətilə, kürd yönətimi və Türkiyə arasında anlaşma olub. Gələn ilin yanvarın 1-dən Çeyhan limanından 1 milyon ton əlavə İraq neftinin bazara çıxarılması barədə razılıq əldə olunub. İran da yanvardan hasilatı artırmağı düşünür. Rusiya isə azalan neft qiymətlərini müəyyən dərəcədə kompensasiya etmək üçün istehsalı artırmağı düşünür. Bununla bağlı planlar da açıqlanıb. Yəni neftin bolluğu gələn ilin əvvəlində daha da sürətlənəcək. Ona görə də qiymətinin daha da aşağı enməsi ehtimalı yüksəkdir. Analitiklər gələn ilin ikinci rübündə isə müəyyən qədər stabilləşmənin olacağını gözləyir. Ümumiyyətlə 2015-ci ilin ortalama qiymətinin ən yaxşı halda 60 dollar civarında olacağı proqnozlaşdırılıb. Amma güman var ki, bundan da aşağı olsun. Neftin qiymətinə ən ciddi təsirlərdən biri də Çində iqtidasi böyümə səviyyəsinin xeyli dərəcədə zəifləməsidir. Bu tendensiya davam edərsə, düşünürəm ki, gələn ilin ilk rübündə 40-50 dollar arasında olan qiymətləri görə bilərik”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600