!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2016-nın ən uğursuz iqtisadi qərarı

!Reklam – Yazi

iqtisadiyatZiddiyyətli və sürətli hadisələrlə zəngin olan 2016-cı ilin son günlərini yaşamaqdayıq. Həm hökumət, həm də xalq üçün gərgin keçən il ərzində Azərbaycanın iqtisadiyyatında baş verən hadisələri analiz etmək, dəyərləndirmək kifayət qədər məsuliyyətli bir işdir. Bu baxımdan, ölkənin tanınmış iqtisadçılarına üz tutub, onların rəylərini topladıq.

Yeniçağ.az olaraq, cəmiyyətin inamını qazanan nüfuzlu iqtisadçılarımızdan ilk istəyimiz 2016-cı ildə hansı qərarı ölkənin iqtisadi həyatı üçün ən uğursuz hesab etdikləri oldu. Çox maraqlı və zəngin cavablar aldıq.Qubad İbadoğlu ile ilgili görsel sonucu

İqtisadçı-alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu hesab edir ki, 2016-nın ən uğursuz qərarını Tarif Şurası qəbul edib: “Hesab edirəm ki, ilin sonunda Tarif Şurasının qərarı ilə elektrik enerjisi və qazın qiymətinin kəskin bahalaşdırılması ilin ən pis qərarı oldu”.

İqtisadçı-alim Azər Mehtiyev bildirir ki, əslində 2016-cı ildən iqtisadi sahədə gözləntilər böyük idi:

“Çünki 2015-ci ildə manatın 2 dəfəyədək dəyərsizləşməsi bu il iqtisadi böhranın dərinləşməsinin qaçılmaz olduğunu göstərirdi və belə də oldu. Azər Mehtiyev ile ilgili görsel sonucuBu baxımdan, 2016-cı ilin ən uğursuz qərarı əslində hökumətin islahatlar sahəsində qərarsızlığı oldu. Hökumət nə bank sektorunda dərinləşməkdə olan böhranın qarşısını ala bildi, nə də real iqtisadi islahatlara başlaya bildi. İslahat hazırlıqlarına 2015-ci ildə başlamalı olduğu halda bütün 2016-cı il ərzində islahat istiqamətilərini müəyyənləşdirməli olan strateji yol sənədləri üzərində işlədi. Buna görə də 2016-cı il iqtisadi islahatlar baxımından itirilmiş il oldu”.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, ölkədəki makroiqtisadi vəziyyətə təsiri və əhəmiyyəti baxımından həm uğurlu, həm də uğursuz qərarlardan danışırqsa, şübhəsiz ki, hökumətin qərarlarına diqqət yetirməliyik:

perviz_heyderov“Çünki bizdə özəl sektorda hələki elə bir qurum və şirkət yoxdur ki, müstəqil olaraq atdığı hər hansı bir addım makroiqtisadi vəziyyətə təsir etmək gücündə olsun. Bu, məsələnin birinci tərəfi… Hökumətin qərarlarına gəldikdə isə, hesab edirəm ki, bank sektorundakı vəziyyətlə əlaqədar bu il ərzində ciddi şəkildə heç bir dəyişikliklərin baş verə bilməməsi 2016-cı il ərzində hökumətin iqtisadi siyasətində ən zəif cəhət oldu. Düzdür,ilin əvvəlindən bəri 10-dan çox kommersiya bankı bağlandı, Beynəlxalq Bankla bağlı sağlamlaşdırma tədbirləri davam etdirildi və sair… Lakin bununla belə, problemli kreditlər, dollarizasiya və sair kimi problemlər çözülməmiş qaldı. Ən uğursuz qərar isə “Bank Standard” ilə bağlı oldu. Belə ki, hökumət əvvəl, nə “ağılla” bu bankı sağlamlaşdırmaq qərarına gəlmişdi və sonra onu nədən bağladı, kifayət qədər aydın olmadı. Və odur ki, anoloji hadisənin Beynəlxalq Bankla da əlaqədar yaranacağı qorxusu yaranmışdır.”

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, ilin ən uğursuz qərarı Dövlət Neft Fondunun Beynəlxalq Banka 1 milyard dollar məbləğində depozit yatırması oldu:

samir-eliyev-2“Neft Fondunun yerli banklarda depozit yatırması ideyası özlüyündə yaxşı olsa da, Beynəlxalq Bankın mövcud idarəetmə vəziyyətində bu addım riskli idi. Yatırılan depozitin faizi bazar səviyyəsindən yüksəkdir (illik 4%) və bu, həmin vəsaitin qaytarılmasını çətinləşdirir. Bu addım səmərəsiz idi və həmin pulun geri qaytarılma ehtimalı hazırda çox aşağı qiymətləndirirlir”.

Milli Məclisin üzvü, İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyir ki, məsələyə böhran dövrünün problem və çağırışları prizmasından yanaşdıqda, bu il hökumətin ən anlaşılmaz davranışı 2015-ci il 21 fevral və 21 dekabr tarixli iki şok devalvasiyadan sonra gözlənilən itkiləri minimuma endirməkdən ötrü zəruri addımların 2016-cı ilin əvvəllərində müşahidə olunan fəalliqdan xeyli aşağı templərlə və ləngimələrlə atması və cari ilin bütün günlərindən,aylarından eyni dərəcədə ardıcıl və səmərəli istifadə etməməsi oldu:

Əli Məsimli ile ilgili görsel sonucu”Nəticədə nüfuzlu beynəlxalq iqtisadi təşkilatlar tərəfindən belə düzgünlüyü təsdiq olunan tədbirlərin və addımların pozitiv nəticələri zəif oldu, manatın kəskin devalvasiyası iqtisadi dayanıqlığı təmin edə bilməsi, onun fəsadlarının isə iqtisadiyyatın real, maliyyə və sosial sferalarına təsiri artdı, böhranı daha da dərinləşdirdi və iqtisadiyyatımız resessiyaya və əlavə itkilərə məruz qaldı. Konkret qərara gəldikdi isə 2016-cı ilin ən uğursuz, yaxud ən pis iqtisadi qərarı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilən iclasında işığın satışı tariflərinin 1,6 dəfəyə yaxın, qazın qiymətininsə 2 dəfə qaldırması qərarı oldu. Bu qərar, əvvəla, sosial- iqtisadi nəticələri yetərincə araşdırılmadan verilən qərardır.Qərarda göstərilən güzəştli limit qış ayları üçün real vəziyyəti tam ifadə eləmir. Belə qərarı may aynda verməklə gərginliyi xeyli yumşaltmaq olardı. Alternativ mənbələrin yetərincə olduğu bir şəraitdə, “Azərenerji”nin xarici borc öhdəliklərinin tələbini qarşılamaq üçün işığın qiymətini 1,6 dəfəyə yaxın, yaxud da inhisarçılıqdan qaynaqlanan əlavə xərclərin artımını qarşılamaqdan ötrü qazın qiymətini 2 dəfə qaldırmaqla həm də büdcəyə əlavə 300 milyon manat cəlb etmək naminə insanlarda buna adekvat olmayan dərəcədə böyük narazılıq yaratmağa ehtiyac yox idi. Azərbaycanda “kölgə iqtisadiyyatı”nın cəmi 10% daraldılması nəticəsində dövlət büdcəsinə 500 mln. manatdan artıq əlavə vəsait cəlb etmək olar.Tarif Şurasının həmin qərarı həm əhalinin bir hissəsinin ailə büdcəsinə mənfi təsir edəcək, həm işıq,qaz pullarının yığım faizinin aşağı düşməsinə gətirib çıxaracaq, həm də bir sıra istehsal müəssisələri və iş yerlərinin bir hisssəsinin bağlanması ilə nəticələnəcək”.

İqtisadçı-ekspert Rövşən Ağayev perspektivi olmayan bir sıra sahələrə dövlət dəstəyinin verilməsini 2016-cı ilin ən pis qərarı hesab edir:????????????????????????????????????

“Söhbət ilk növbədə pambıqçılığın administrativ qərarlarla genişləndirilməsindən gedir.

Yaxın illərdə bu sahənin inkişafına bir neçə yüz milyon manat büdcə vəsaitinin xərclənəcəyi gözlənir, halbuki iqtisadiyyatın həmin sahədən götürcəyi fayda böyük olmayacaq.

Başqa tərəfdən, onsuz da yüksək xammal asılılığı olan bir iqtisadiyyatda xammal ağırlıqlı sektorlara dəstək vermək səmərəli yanaşma hesab edilə bilməz”.

 

 

Ardı var…

Yeniçağ.Az

COP29

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv