2028-ci ildə dünya iqtisadiyyatını nə gözləyir? – Böhran, yoxsa qlobal qarışıqlıq?

media-hightechnic-468x90

“Hazırda müxtəlif ssenarilər, hətta konspirasiya xarakterli ehtimallar və fərqli proqnozlar irəli sürülə bilər”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli 2028-ci il üçün iddia edilən qlobal iqtisadi böhranla bağlı fikirlərini səsləndirərkən bildirib.

İqtisadçı qeyd edib ki, hazırda nə investisiya bankları, nə böyük reytinq agentlikləri, nə də beynəlxalq təşkilatlar 2028-ci il üçün iqtisadi böhran proqnozlaşdırır.

“Bununla belə, hadisələr çox sürətlə dəyişir və inkişaf edir. Məsələn, neftin qiyməti daha da arta bilər. Bu isə böyük ölçüdə Körfəzdə baş verən müharibədən asılıdır. Burada əsas məsələ təkcə müharibənin özü deyil, onun yayılma coğrafiyası və nə qədər davam etməsidir”.

“Məsələn, əgər müharibə bir həftə sonra başa çatsa, tamamilə başqa iqtisadi vəziyyət yarana bilər. Əksinə, müharibə aylarla davam etsə, nəticələr də fərqli olacaq. Yəni iqtisadi vəziyyət və perspektivlər yalnız iqtisadi amillərdən deyil, eyni zamanda hərbi-siyasi şəraitdən və geosiyasi risklərdən də asılıdır.

Bu səbəbdən yalnız iqtisadi göstəricilərə əsaslanaraq birmənalı proqnoz vermək mümkün deyil. Hazırda müxtəlif ssenarilər, hətta konspirasiya xarakterli ehtimallar və fərqli proqnozlar irəli sürülə bilər. Lakin onların hamısı müəyyən ssenarilərə əsaslanır. Buna görə də indiki mərhələdə qəti və birmənalı fikir söyləmək olduqca çətindir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05